Türkiyənin prezidenti Rəcəb Təyyib Ərdoğan Twitter şəbəkəsində ilk tvitini fevralın 9-da Beynəlxalq tütün əleyhinə mübarizə günündə yazıb.
Oxu.Az xəbər verir ki, Ərdoğan tvitini Twitter @RT_Erdogan ünvanında qoyub.
O yazıb: “Siqaret çəkmək yalnız siqaret çəkən üçün deyil, onunla bir yerdə olan günahsız insanlar üçün də gizli zəhərdir”.
Daha sonra prezident yazıb: “Bu gün Beynəlxalq tütün əleyhinə mübarizə günüdür. Güclü iradəli ol və bu zəhərdən imtina et”.
Qeyd edək ki, Türkiyədə “Twitter”in təxminən 15 milyon istifadəçisi var.
