Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Ərdoğanın sədrlik etdiyi iclasda Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olunub - YENİLƏNİB
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə dövlət başçısının Beştəpə iqamətgahında keçirilən Milli Təhlükəsizlik Şurasının bu ildəki üçüncü iclası başa çatıb.
İclasdan sonra yayımlanan bəyanatda Azərbaycan-Ermənistan sülh prosesinə də toxunulub.
Bildirilib ki, Azərbaycan və Ermənistan arasında danışıqlarda müsbət irəliləyişlərin sülhü təmin edəcək razılaşma ilə nəticələnməsi Ankaranın arzusudur. Sənəddə Türkiyənin daimi sülhün bərqərar olmasına yönəlmiş bütün xoşməramlı səylərə dəstəyi bir daha ifadə olunub.
Bununla yanaşı, bəyanatda terrorla mübarizədə hökumətin sonadək bütün lazımi addımları atacağı qeyd edilib.
Həmçinin, süni intellekt sahəsində əldə edilən irəliləyişin kiberməkanda yeni təhlükələr yaratdığına diqqət çəkilib.
Mənbə: Haber Global
10:12
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.
Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasında Azərbaycanla Ermənistan arasında sülh prosesi müzakirə olunacaq.
Məlumata görə, həmçinin, toplantıda İraqın şimalında həyata keçirilən antiterror əməliyyatları, Rusiya-Ukrayna müharibəsi, İranda baş verənlər, Ankaranın Afina ilə diplomatik münasibətləri ətrafında fikir mübadiləsi aparılacaq.
Mənbə: TRT Haber
"Türkiyə" teqi üzrə xəbərlər
- İstanbulda 6.2 bal gücündə zəlzələdən sonra məşhur seysmoloq Naci Görür xəbərdarlıq etdi: "Yüklənir"
- Türkiyəli referi Yunanıstan Superliqasının oyununu idarə edəcək
- Netanyahu yaxın günlərdə Azərbaycana rəsmi səfər edəcək
- Qalmaqallı bloqer Şeyma Subaşı konfransda tələbələr qarşısında çıxış etdi, tənqid olundu
- "Qalatasaray"ın matçından öncə baş hakimin halı pisləşib, əvəz edilib