Səudiyyə Ərəbistanı başda olmaqla Ərəb koalisiyası İranın Yəmənin paytaxtı Sanada yerləşən səfirliyinə aviazərbələrin endirilməsinə dair ittihamları təkzib edir, Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir.
“Araşdırmanın nəticəsi bu məlumatların yalan olduğunu göstərib və səfirlik ətrafında heç bir əməliyyat aparılmayıb”, - koalisiyanın bəyanatında deyilir.
Daha öncə koalisiyanın rəsmi nümayəndəsi qeyd edib ki, aviazərbələrin hədəfi husilərin raket qurğuları olub.
Xatırladaq ki, İran Səudiyyə Ərəbistanını Yəmənin paytaxtı Sanada yerləşən İran səfirliyinə aviazərbələr endirməkdə ittiham edib.
“Səudiyyə Ərəbistanı səfirliyin binasına dəyən ziyana görə məsuliyyət daşıyır”, - İran XİN-i bəyan edib.
İran körfəzi ölkələri arasında münasibətlər şiə ruhanisi Nimr əl-Nimrənin edamından və Tehranda Səudiyyə səfirliyinə hücumdan sonra kəskinləşib.