Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Ərəb ölkələri İranın nüvə proqramından narahatdırlar
Körfəz Əməkdaşlıq Şurası ölkələri İranın nüvə proqramının inkişafından narahat olduqlarını bildiriblər.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Ər-Riyadda baş tutan regional təşkilatın nazirlərinin görüşündən sonra dərc olunmuş bəyanatda deyilir.
Nazirlər, həmçinin İranın uranın zənginləşdirilməsi səviyyəsi ilə bağlı öhdəliklərinə əməl etməsinin və Tehranın Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığının vacibliyini vurğulayıblar.
Bəyanatda qeyd olunur ki, ərəb ölkələri İranın nüvə proqramı ilə bağlı problemlərin həlli üçün əməkdaşlığa, o cümlədən regional və beynəlxalq səviyyədə bütün müvafiq danışıqlarda iştirak etməyə hazırdır.
"İranın nüvə proqramı" teqi üzrə xəbərlər
- ABŞ-İran danışıqlarının növbəti raundunun ilkin tarixi və yeri məlum oldu
- ABŞ-li senator Trampı İranın nüvə obyektlərini bombalamağa çağırdı
- KİV: İran ABŞ-yə aralıq sazişi təklif edib
- İran nüvə böhranının həlli üçün ilk addımı atmağa hazırdır
- Fransa nüvə danışıqlarının bərpası fonunda İrana yeni səfir təyin edir