Rusiyanın paytaxtı Moskva şəhərində ərini taxta parçası ilə döyən qadın saxlanılıb.
REN TV xəbər verir ki, insidentə səbəb kişinin öz həyat yoldaşına xəyanət etməsi olub.
Ərinin başqa bir qadınla qeyr-qanuni münasibətlərindən xəbər tutan qadın onu hamının gözü qarşısında cəzalandırmaq qərarına gəlib.
Hüquq-mühafizə orqanları hadisənin digər təfərrüatlarını araşdırır.