2014-cü ildə erməni uşaq evlərinə 22 Daun sindromlu uşaq daxil olub.
Oxu.Az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistanın Əmək və Sosial Məsələlər Nazirliyinin uşaqlarla bağlı problemlərlə məşğul olan şöbənin rəisi Lena Ayrapetyan bildirib.
Onun sözlərinə görə, keçən il 140 uşaq uşaq evlərinə verilib. Onlardan 54 nəfəri ümumi tipli təşkilatlara, 86-sı isə xüsusi təşkilatlara verilib. Bu müddət ərzində uşaq evlərini yetkinlik yaşına çatmış 145 uşaq tərk edib. Mütəxəssisin sözlərinə görə, ümumilikdə Ermənistanda hal-hazırda 8000 əlil uşaq var.
Qeyd edək ki, daha öncə KİV-də Ermənistanda Daun sindromlu uşaqla əlaqəli xəbər geniş işıqlandırılıb.
Belə ki, Yeni Zelandiyadan olan ata Samuel Forrest çətin seçim qarşısında qalıb. Onun həyat yoldaşı Ruzan Badalyan ərinə ya onu, ya da Daun sindromu ilə doğulmuş oğlu Leonu seçməsinə dair xəbərdarlıq edib.
Oğlunun Daun sindromundan əziyyət çəkdiyini bilən ana ondan imtina edib, bunu isə erməni inancları ilə əsaslandırıb. Belə ki, o, xəstə uşağın bütün nəsilə rüsvayçılıq və bədbəxtçilik gətirdiyini bildirib. Ana uşağına baxmaq və toxunmaqdan belə imtina edib.