Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Erməni baş katib həbs edilə bilər - VİDEO + YENİLƏNİB
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturova qarşı Ermənistanın konstitusiya quruluşunun devrilməsi ittihamı irəli sürülüb.
Oxu.Az xəbər verir ki, bununla bağlı “Sputnik Ermənistan” ölkənin Xüsusi İstintaq Xidmətinə istinadla məlumat yayıb.
“2008-ci il martın 1-2-də baş verən hadisələrlə əlaqədar aparılan istintaq işi çərçivəsində yetərli sübutlar əldə edildiyi üçün KTMT baş katibi Yuri Xaçaturova qarşı Ermənistan Cinayət Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndi ilə Ermənistanın konstitusiya quruluşunun devrilməsi ittihamı irəli sürülüb”, - məlumatda bildirilib.
Yuri Xaçaturov barəsində həbs-qətimkan tədbiri seçilməsi ilə bağlı vəsatət qaldırılıb.
09:54
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturov Ermənistanın Xüsusi İstintaq Xidmətinə gedib.
Oxu.Az erməni KİV-ə istinadla xəbər verir ki, Xaçaturov jurnalistlərin “1 mart” hadisələri ilə bağlı dindirilməyə çağırılması barədə suala “bəli” cavabını verib.
Qeyd edək ki, 2008-ci il martın 1-də Yuri Xaçaturov Ermənistan Müdafiə Nazirliyinin Yerevan qarnizonunun rəhbəri vəzifəsini tutub. Hazırda o, KTMT-nin baş katibidir.
Xatırladaq ki, 2008-ci il fevralın 19-da Ermənistanda keçirilən prezident seçkilərindən 10 gün sonra baş verən etirazlar zamanı səkkiz nümayişçi və bir hərbi qulluqçu öldürülüb.
"Ermənistan" teqi üzrə xəbərlər
- Ermənistanda üç avtomobil toqquşdu, Fransa səfirliyinin əməkdaşı xəstəxanalıq oldu
- Bu xəbərləri qaçırmayın: 22.11.2024-ün ən mühüm hadisələri
- İran diplomatı "Yaşasın Ermənistan!" deyir
- Ermənistanda ikiüzlü davranış: döyülən təbrizli: Azğın fransız hərbçilər
- Ermənistanda Təbriz sakini azərbaycanlı olduğuna görə dəfələrlə döyülüb
Rəylər