Ermənistanda “Eyfel” mağazalar şəbəkəsinin sahibi Gevorq Mkrtçyanın intihar etməsinə səbəb borcları olub.
Oxu.Az news.am-a istinadən xəbər verir ki, Gevorq Mkrtçyanın həm Ermənistan da, həm də xaricdə böyük məbləğdə borcları olub.
Tanınmış sahibkar qanuni əsasda evində saxladığı silah ilə özünü öldürüb. İntihar etdiyi gün ailədə heç bir münaqişə olmayıb. Güllə səsinə bağa çıxan ailə üzvləri həlak olanın cəsədini aşkar ediblər.
Istintaq komitəsinin mətbuat xidmətində faktla bağlı m.110 (intihar həddinə çatdırılma) üzrə cinayət işinin açıldığını bildiriblər.
Gevorq Mkrtçyan avqustun 17-də intihar edib. Kişi yazdığı məktubda ölümündə heç kimi günahlandırmamağı xahiş edib. Sahibkarın üç övladı qalıb.