Son zamanlar baş verən hadisələrdən sonra qondarma Dağlıq Qarabağda Ermənistan Prezidentinə olan inam azalır.
Oxu.Az Hafta.az-a istinadən xəbər verir ki, bu barədə qondarma respublikanın deputatı Vaqan Badasyanda Ermənistan mətbuatına maraqlı açıqlama verib.
V.Badasyan deyib ki:
“Ermənistanla Qarabağ arasında yaradılacaq gömrük ittifaqı, indidən Qarabağ sakinlərini qorxuya salıb. Bu Qarabağın itirilməsinə gətirib çıxardacaq və Ermənistan tarixində son səhifə olacaq”.
V.Badasyan həyəcan təbili çalaraq bildirib ki, Ermənistanla Qarabağ arasında gömrük zonası yaradılarsa bu Qarabağın Ermənistandan zorla qoparılması və Azərbaycanın bir hissəsi kimi tanınması deməkdir:
“Mən bir qarabağlı, bir deputat, bir zabit kimi Qarabağ sakinləri adından bəyan edirəm ki, bu təhlükəlidir və faciəyə gətirib çıxarda bilər. Yeganə çıxış yolu Serj Sarkisyanın istefasıdır. Ondan sonra gələcək yeni prezident ölkəmiz üçün əlverişsiz olan müqavilələrin hamısıni ləğv edə bilər”.
Ermənistanda keçirilən son prezident seçkilərinə də toxunan V.Badasyan qeyd edib ki:
“Son prezident seçkiləri mənə 1996-cı ildə keçirilən seçkiləri xatırlatdı. Həmin seçkilərdən 2 il sonra prezident istefa vermişdi. Qarabağ məsələsində inamsız və qətiyyətli olmadığına görə. Ermənistan bir dövlət kimi son vaxtlar çox zəifləyib. Bu hər tərəfdən açıq-aydın görünür, ilk növbədə də hökumətin dəhlizlərindən”.