Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Erməni deputat parlament müxalifətinin küçə döyüşlərinə hazırlaşdığını dedi: “Vaxt daralır”
“Parlament müxalifəti küçə döyüşlərinə başlamaq üçün hazırlıqlar aparır”.
Bu sözləri Ermənistan Milli Assambleyasının “Şərəfim var” blokundan deputatı, Respublikaçılar Partiyasının üzvü Ayk Mamicanyan mətbuat konfransında deyib.
O əmindir ki, erməni xalqı birləşməyə və baş nazir Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağa nail ola biləcək.
“Paşinyanı Respublika Partiyası deyil, erməni xalqı hakimiyyətdən uzaqlaşdıracaq. Xalqımız, vaxtilə Serj Sarqsyanın düzgün olaraq vurğuladığı kimi, ona belə bir “anlaşılmazlığın” rəhbərlik etməsinə layiq deyil”, - deyə deputat qeyd edib.
Mamicanyan küçə etirazlarına hazırlığın təfərrüatını açıqlamayıb, həmçinin tarixlər barədə də məlumat verməyib. Deputat yalnız “vaxtın daraldığını” deyib.
Xatırladaq ki, ötən il Ermənistan parlamentinin iki fraksiyası və onların tərəfdarları iki ay ərzində İrəvanda və ölkənin digər bölgələrində hökumətin istefası tələbi ilə “Müqavimət Hərəkatı” adını almış itaətsizlik aksiyaları keçiriblər. Lakin problemin həllinə nail ola bilməyiblər.
Mənbə: Ermənistan KİV
"Ermənistan" teqi üzrə xəbərlər
- Ermənistan Ukraynaya ordu göndərir?
- Ermənistan Yunanıstan və Kiprlə müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
- Paşinyan: "Dəmir yolu əlaqəsinin bərpası ilə bağlı Azərbaycana təklif göndərmişik"
- Ermənistanın baş naziri: "Məhkəmələrdə Azərbaycana qarşı iddiaları geri götürməyə hazırıq"
- Ermənistanın siyasi mühitində xaos: Hakim partiyada qorxu mühiti
Rəylər