Ermənistan ordusunda xaos hökm sürür. Bunu “Maariflənmiş Ermənistan” Partiyasındandan seçilən deputat Qevork Qorqisyan vurğulayıb.
Bununla bağlı o, müdafiə nazirinə müraciət edib. Deputat cəbhə xəttinin lazımi səviyyədə təchiz olunmadığını, növbətçilik şərtlərinin yersiz olduğunu qeyd edib.
“Hərbçiləri A nöqtəsindən B nöqtəsinə apara bilməzsiniz. Onlar döyüş növbətçiliyindən, döyüş mövqelərindən canlı yayıma çıxırlar, çovğun zamanı itkin düşürlər”, - deyə deputat bildirib.
O, bildirib ki, Ermənistan ordusunda anarxiya hökm sürür:
“İnsanlara maaş verilmir. Bu xaos nə vaxta qədər davam edəcək, cənab nazir? Siz nə edirsiniz ki, orduda belə vəziyyət yaranıb?”, – deyə Qorqisyan nazirə müraciətində üsyan xarakterli fikirlər səsləndirib.
Lakin Qorqisyanın sualı cavabsız qalıb, vitse-spiker Alen Simonyan ona sualları yazılı formada təqdim etməyi məsləhət görüb. İrəvanda xaosun cərəyan etdiyini göstərən daha bir hadisə İrəvanda İkinci Qarabağ müharibəsində itkin düşmüş hərbi qulluqçunun qohumunun Hökumət binasına hücumu ilə bağlıdır. Həmin şəxs binanın pəncərəsini sındırıb. “Satqın Nikol uşaqları qaytar” deyən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.