Ermənistan ərazisində güclü yağışlardan sonra meydana gələn daşqın nəticəsində iyunun 8-nə keçən gecə bir neçə hərbçi xəsarət alıb.
Oxu.Az erməni KİV-nə istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artur Ovanisyan NEWS.am-a xəsarət alanlara yardım göstərildiyini bildirib.
Ovanisyan hadisənin digər təfərrüatlarını bildirməyib.
Daha öncə daşqın nəticəsində iki əsgərin öldüyü barədə məlumat yayılmışdı. Vardan Qrmacyanın cəsədi 05.45 radələrində, Armen Kazaryanın cəsədi isə 09.30-da tapılıb.
Hadisə ilə bağlı materiallar hazırlanır.