“Livanla Ermənistan arasında seçim etməli olsam, Ermənistanı seçərdim”.
Oxu.Az “Report”a istinadən xəbər verir ki, bunu Livanın turizm naziri Avetis Qidanyan yerli telekanallardan birindəki proqramda bildirib.
“Mən erməni soylu livanlıyam. Mən türklərin Livana gəlməsini qadağan edə bilmərəm. Ancaq mən onları hava limanında da salamlamaq istəmirəm”, - deyə Livanın erməni əsilli naziri vurğulayıb.
Qeyd edək ki, Livan müsəlman ölkəsi sayılır. Hökuməti lideri Həsən Nəsrullah olan və İranın dəstəklədiyi “Hizbullah” təşkilatı da dəstəkləyib.
Xatırladaq ki, Azərbaycanın Dağlıq Qarabağ topaqlarının işğalı zamanı ermənilər tərəfindən livanlı muzdlu silahlıların da döyüşdüyü haqda məlumat var.
N.О.