Los-Ancelesdəki Kaliforniya Mərkəzi Dairəsinin Federal Məhkəməsində Qlendeyl şəhər polisinin sabiq xəfiyyəsi, erməni əsilli Con Saro Baliyan özünü təqsirli bilib.
Oxu.Az Rusiya KİV-ə istinadla xəbər verir ki, 45 yaşlı Baliyan hakim Con Uolterə rüşvət aldığını, ədalətli qərara maneçilik törətdiyini və federal agentlərə yalan danışdığını etiraf edib.
O, prokurorluqla əməkdaşlıq etməyə razılıq verib. Buna baxmayaraq, onu 35 ilədək həbs cəzası gözləyir.
Mayın 15-də həbs edilən Baliyana qarşı açılan ittiham aktında deyilir:
“2017-ci ilin altı ayında Baliyanla hüquq-mühafizə orqanlarının bir neçə əməkdaşı söhbət edib. Ancaq o, hər dəfə yalan məlumat verərək, cinayət elementləri ilə əlaqədə olmadığını bildirib”.
Səhifəlik ittiham aktında Baliyanın Meksika və Ermənistan “dəstələri” arasında fəaliyyət göstərdiyi deyilir.