Gürcüstanın DİN sərhəd polisinin əməkdaşları sərhədi qanunsuz keçdiyi və soyuq, eləcə də odlu silah daşıdığı üçün Ermənistan vətəndaşı 1988-ci il təvəllüdlü Alik B.-nı saxlayıblar.
Oxu.Az gürcü KİV-nə istinadən xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti bildirib.
“İstintaq müəyyən edib ki, ittiham edilən şəxs nəzarət-sərhəd keçid məntəqəsində və gömrük nəzarətində Gürcüstan sərhədini keçərək Ermənistan respublikasından Gürcüstan respublikasına odlu və soyuq silah keçirib”, - məlumatda deyilir.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 344-cü m. 1 b. (dövlət sərhəddinin qanunsuz keçilməsi) və 214-cü m. 4 b. (Gürcüstan sərhədindən keçərək silahın gətirilməsi və ya aparılması) üzrə aparılır.