Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Erməni mediası: Ermənistanın hakim partiyası növbədənkənar seçkilərə hazırlaşır
Ermənistanın hakim "Vətəndaş Sazişi" Partiyası növbədənkənar parlament seçkilərinə hazırlaşır.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Iravunk" qəzeti hakim partiyadakı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, baş nazir Nikol Paşinyan bunu "birbaşa olmayan şəkildə" bir neçə sadiq adamına deyib.
"Paşinyan partiya nümayəndələrinə başa salıb ki, fors-major vəziyyətdə hakimiyyəti əldə saxlamaq üçün hər an hazır olmalıdırlar. O, hətta pis halda seçki siyahısına şəxsən özünün başçılıq etməyəcəyini də istisna etməyib, təki kimsə "öz" adamı olsun. Hakim partiya üzvləri bu xəbərdən şoka düşüblər və dəhlizlərdə narahatlıqlarını ifadə etməyə başlayıblar, liderlərinin kimi "qurban" verə biləcəyi sualını veriblər", - deyə nəşr qeyd edir.
Xatırladaq ki, yanvarın 25-də Paşinyan İctimai Televiziyaya müsahibəsində Ermənistan hakimiyyətinin növbədənkənar seçkilər keçirmək planının olmadığını bildirmişdi.
Rəylər