Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Əyyub Allaş "Araz-Naxçıvan"da - Altı aylıq müqavilə imzalandı
Azərbaycan Premyer Liqasında Avrokuboklara iddialı olan "Araz-Naxçıvan" klubu ilk transferini "Qəbələ"nin sabiq futbolçusu Əyyub Allaşla edib.
Oxu.Az xəbər verir ki, Mərakeş əsilli belçikalı yarımmüdafiəçi Moldovanın "Şerif" klubunda əsas heyətə düşə bilmədiyi üçün müqaviləyə qarşılıqı razılıq əsasında xitam verilib.
Əyyub Allaşı transfer edən "Araz-Naxçıvan" klubu futbolçu ilə altı aylıq müqavilə imzalayıb.
Xatırladaq ki, Əyyub Allaş 2023-cü ilin yanvarından 2024-cü ilin may ayına qədər "Qəbələ"də çıxış edib. 26 yaşlı futbolçu bu müddətdə "qırmızı-qaralar"ın heyətində meydana çıxdığı 40 rəsmi matçda 7 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Əyyub Allaşın "Transfermarkt" portalındakı transfer məbləği 500 min avro olaraq göstərilib.
"Araz-Naxçıvan PFK" teqi üzrə xəbərlər
- "Sumqayıt" - "Araz-Naxçıvan" oyununda qalib müəyyənləşmədi
- Azərbaycan Premyer Liqasında çıxış edən klubların dəyəri nə qədərdir?
- Azərbaycan Premyer Liqası: "Səbail" səfərdə "Sumqayıt"a qalib gəldi
- "Araz-Naxçıvan"ın baş məşqçisi: "Fasiləyə ikinci pillədə yollanmağımız əziyyətimizin bəhrəsidir"
- Premyer Liqa: "Araz-Naxçıvan" "Sabah"a məğlub oldu
Rəylər