Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Fon der Lyayen Ai ölkələrini "təngə gətirib": Məşhur nəşr AK rəhbərinin özbaşınalığından yazdı
"Avropa İttifaqı (Aİ) ölkələri Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayenin qurumun xarici siyasətinə rəhbərliyi öz üzərinə götürmək cəhdlərindən "təngə gəliblər".
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Politico" nəşri Aİ diplomatları arasında olan mənbələrə istinadən məlumat verib.
Onların məlumatına görə, Ursula fon der Lyayen İordaniya ilə tərəfdaşlıq sazişinin bağlandığını və krallığa 3 milyard avro dəyərində maliyyə dəstəyinin ayrıldığını elan etmək qərarına gəldikdə, Aİ ölkələrinin rəhbər orqanları ilə məsləhətləşməyib, onlar fakt qarşısında qalıblar.
Diplomatlar qeyd ediblər ki, o, dünya liderləri ilə münasibətləri yaxşılaşdırmaq istədiyi üçün bunları edir.
Nəşrin mənbələrinin sözlərinə görə, Ursula fon der Lyayen Aİ-nin xarici siyasətinə nəzarəti qismən də olsa ələ keçirmək üçün istənilən fürsətdən istifadə edir, lakin bununla Aİ Şurası məşğul olmalıdır.
"Ursula fon der Lyayen" teqi üzrə xəbərlər
- Ursula fon der Lyayen Aİ-də fövqəladə vəziyyət tətbiq etməyə hazırdır
- Məhkəmə fon der Lyayenlə bağlı qərar verdi
- Ursula fon der Lyayen korrupsiyada ittiham edilir
- Ursula fon der Lyayen yanvarın ilk iki həftəsi vəzifəsini icra etməyəcək - SƏBƏB
- Fon der Lyayenə qarşı məhkəmə iddiasına min nəfər qoşulub: Korrupsiyada ittiham edilir
Rəylər