ABŞ-ın Kaliforniya ştatında erməni məktəblərində Türkiyə bayrağı asılıb.
Oxu.Az xəbər verir ki, bu barədə “Rusarminfo” NBC Los Angeles telekanalına istinadən məlumat yayıb.
Bildirilir ki, polis Ferrahyan erməni məktəbi və Manukyan-Demirçyan təhsil müəssisəsinin ərazisində onlarla Türkiyə bayrağını aşkarlayıb.
Qeyd olunur ki, naməlum şəxs gecə məktəblərin ərazisinə daxil olaraq bayraqları asıb.
Los-Anceles polisi araşdırma aparır.