Erməni tərəfinin bazar ertəsi atdığı minaatan mərmisi İranın Şərqi Azərbaycan əyalətində evi dağıdıb, Oxu.Az İSNA agentliyinə istinadən xəbər verir.
İranın Şərqi Azərbaycan əyalətinin general-qubernatorunun müavini Səid Şəbüstəri Xiyabani agentliyə bildirib ki, mərminin erməni tərəfinə məxsus olduğu iranlı ekspertlərin araşdırmalarından sonra bəlli olub.
O əlavə edib ki, hadisə nəticəsində xəsarət alan yoxdur. Xiyabani həmçinin İran XİN-nin bu məsələni erməni tərəfi ilə müzakirə edəcəyini bildirib.