Ermənistanda kütləvi iğtişaşların hazırlanmasında şübhəli bilinən müxalif vətəndaş təşəbbüs qrupu “Təsis parlamenti”nin beş üzvü həbs olunub.
Oxu.Az erməni KİV-nə istinadla xəbər verir ki, “Təsis parlamenti”nin üzvləri Jirayr Sefilyan, Varujan Avetisyan, Qareqin Çuqaszyan, Pavel Manukyan və Qevork Safaryan həbs olunublar. Onlara qarşı kütləvi iğtişaşların hazırlanması ittihamı irəli sürülüb.
Qeyd edək ki, öncə “Təsis parlamenti” qondarma “erməni soyqırımı”nın 100 illiyini hakimiyyətsiz keçirməyə çağırmışdı və bu da ölkənin bütün siyasi qüvvələri və ictimai təşkilatlarının tənqidi ilə üzləşmişdi.