Azərbaycanın məşhur aparıcısı, “Səni axtarıram” verilişinin müəllifi Xoşqədəm Hidayətqızı ATV kanalındakı işindən çıxıb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, o, bundan sonra ATV-də deyil, yeni kanalda - ANS-də efirə çıxacaq. Verilişin həftədə beş gün yayımlanması gözlənilir.
Öz növbəsində ANS kanalından faktı Lent.az-a təsdiqləyiblər. Kanaldan bildirilib ki, bununla bağlı yaxın günlərdə Xoşqədəm Hidayətqızı özü geniş açıqlama verəcək.
Rəylər