Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Erməni nazir: "Ermənistanın yeni konstitusiyasının mətni 10 aya hazır olacaq"
Ermənistanın yeni konstitusiyasının mətni hazırlanır və 10 aya hazır olacaq.
Oxu.Az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistanın ədliyyə naziri Srbui Qalyan məlumat verib.
Nazir qeyd edib ki, sənəd hazırda işlənmə mərhələsindədir və müxtəlif mətn variantları müzakirə olunur, lakin hələlik yekun qərar verilməyib.
Eyni zamanda, Qalyan baş nazir Nikol Paşinyanın bəyanatına əlavə edib ki, müstəqillik bəyannaməsinə istinadın konstitusiyadan çıxarılması məsələsi müzakirə olunmayıb.
Martın sonunda Paşinyan bəyan edib ki, Ermənistan hakimiyyəti 2027-ci ildə yeni konstitusiyanın qəbulu ilə bağlı referendum keçirməyi planlaşdırır. Apreldə o, parlamentə bildirib ki, yeni konstitusiyada bəyannaməyə istinad olmamalıdır.
Xatırladaq ki, Ermənistan konstitusiyasında müstəqillik bəyannaməsinə istinad edilməsi Azərbaycanla sülh sazişinin imzalanmasına əsas maneələrdən biridir.
"Ermənistan Konstitusiyası" teqi üzrə xəbərlər
- Elçin Əmirbəyov Qvatemala Respublikasına işgüzar səfəri çərçivəsində görüşlər keçirib
- Paşinyan: "Əvvəlki konstitusiya referendumları xalqın iradəsini əks etdirmirdi"
- Paşinyan: "Yeni konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır"
- Sabiq nazir: "Ermənistan Minsk qrupunun ləğvini istəmirsə, sülh prosesi dayandırılmalıdır"
- Elçin Əmirbəyov: "Ermənistan konstitusiyasında dəyişiklik etməlidir"