Ermənistan və beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək üçün əlindən gələni edir, erməni müdafiə naziri Seyran Ohanyan yanvarın 24-də mətbuat konfransında bildirib.
Oxu.Az erməni mətbuatına istinadən xəbər verir ki, onun sözlərinə görə, müharibə təhlükəsi həmişə olsa da, erməni hökuməti onun başlayacağına inanmır.
“Hərbi əməliyyatların başlaması ehtimalını çox aşağı qiymətləndiririk”, - deyə, Ohanyan bildirib.
Erməni nazirin sözlərinə görə, beynəlxalq qurumlar vəziyyətə müvafiq təsir göstərməlidirlər. “Sülh danışıqlarının alternativi yoxdur”, - deyə, nazir bildirib və qeyd edib ki, ötən il erməni tərəfi itkilər verib.