Yanvarın 23-də “Cənub” İdman Klubunda Milli Ordunun zabiti Ramil Səfərovla görüş keçirilib.
Oxu.Az Axar.az-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan Kikboksinq Federasiyasının səlahiyyətli şəxsləri ilə yanaşı, “Cənub” İdman Klubunun rəhbəri Samir Həsənov və gənclərdən ibarət kikboksinq üzrə milli komandanın baş məşqçisi Hikmət Hacıyevlə məşqçi Elnur Həmidov da iştirak edib.
Ramil Səfərov hələ Macarıstanda həbsdə olarkən 2011-ci ildə oktyabr ayında onun adına açılan “Cənub” İdman Klubunun Ramil Səfərov adına idman zalının açılışına təşəbbüs göstərən Hikmət Hacıyevə minnətdarlığını bildirib.