Ermənistan parlamenti ölkə prezidenti Serj Sarkisyanın impiçmenti barədə qanun layihəsini qəbul etmədi, Oxu.Az RİA “Novosti”yə istinadən xəbər verir.
Qanun layihəsini erməni milli konqresi fraksiyasının deputatı Nikol Paşinyan irəli sürsə də, özü bu qanun layihəsini dəstəkləməyib.
Sarkisyanın vəzifədən kənarlaşdırılmasının lehinə 4, əleyhinə isə 68 deputat səs verib.
Daha öncə erməni lideri Türkiyə ilə münasibətlərin tənzimlənməsinə dair protokolları geri qaytarmaq üçün sərəncam verib.