Ermənistan polisi İrəvanın mərkəzi Baqramyan prospektini nümayişçilərdən tamamilə təmizləyib.
Oxu.Az “İnterfaks”a istinadla xəbər verir ki, avtomobillərdə saxlanılan şəxslər polis bölmələrinə aparılıb.
Aksiyanın bəzi iştirakçıları səkilərdə dayanıblar. Polis onları yolun hərəkət hissəsinə buraxmır.
Prospektdə avtomobillərin hərəkəti hələ bərpa olunmayıb.
13:54
Ermənistanın hüquq-mühafizə orqanları iyulun 6-da İrəvanın etirazçılar tərəfindən artıq iki həftədir ki bağlanılmış marşal Baqramyan prospektində nəqliyyatın hərəkətini bərpa etmək niyyətindədirlər.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə idarənin yaydığı bəyanatda deyilir.
Bildirilir ki, polis əməkdaşları nəqliyyatın hərəkətinə mane olan predmetləri yolun hərəkət hissəsindən yığışdırmaq niyyətindədirlər.
Ermənistanda etiraz aksiyaları elektrik enerjisi tariflərinin 16% bahalaşmasından sonra başladı. Baqramyan prospekti artıq 14 gündür ki, bağlıdır.