Ermənistanın müxtəlif əyalətlərində olan istixana sahibləri martın 30-da hökumət binasının qarşısında toplaşaraq Türkiyədən pomidor idxalının dayandırılmasını tələb ediblər.
Oxu.Az news.am saytına istinadla xəbər verir ki, etirazçılar bildiriblər ki, bazarda Türkiyə pomidorlarının qiyməti yerli pomidorların qiyməti kimidir. Nəticədə istehsalçılar öz məhsullarını realizə edə bilmirlər.
“Biz qaza, gübrəyə, paketlərə çoxlu pul xərcləyirik, amma nəticədə uduzuruq”, - deyə istixana sahibi Vaan Yeqiazaryan bildirib.
Kənd təsərrüfatı naziri Serqo Karapetyan istixana sahiblərinin bir qrupunu qəbul edib və söz verib ki, onları dinləyəcək və problemin həlli yollarını təklif edəcək.
www.oxu.az