Ermənistanda dörd zabit hərbi polisin əməkdaşını döyüb.
Oxu.Az news.am-a istinadən xəbər verir ki, bu barədə Erməni İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, hadisə iyunun 15-də Vardenisdə baş verib. Hücum edən şəxslər artıq saxlanılıblar.
“Aykakan Jamanak” qəzetinin məlumatına görə, hərbi polis Andranik Matevosyan zabitlərin olduğu avtomobili saxlayıb. Onlar polisin bu hərəkətini bəyənməyiblər və mübahisə başlayıb. Nəticədə zabitlər hərbi polisin əməkdaşını döyüblər.
Zərərçəkən şəxs xəstəxanaya yerləşdirilib.