Ermənistanda etirazçılar Qndevanka getməyə çalışan ermənilərin katolikosu II Qareginin kartejini mühasirəyə alıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə “Novosti Armeniya” rahibin mətbuat katibi Vaqram Melikyana istinadla məlumat yayıb:
“Hazırda avtomobil mühasirəyə alınıb, Qndevanka gedən yol maşınlar və daşla kəsilib. Etiraz edənlər təhdid edirlər”.
Onun sözlərinə görə, dini lider təhlükə qarşısındadır.