İstanbulda Hərbiyyə məhəlləsində Möhsün Ertoğrul adına teatrda erməni yazıçısı Akop Paronyanın “Şərqli diş həkimi” adlı əsərinin tamaşası oynanılır.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Ermənistan informasiya vasitələrinin verdiyi məlumata görə, tamaşa dekabrın 25-dən 29-dək göstəriləcək.
Akop Paronya (1843-1891) Türkiyədə yaşayıb. Onun əsəri əsasında hazırlanmış bu tamaşa 2011-ci ildən davamlı olaraq göstərilir.
Bu, Türkiyə səhnəsində tamaşaya qoyulan ilk əsər sayılır. Paronyanın bu əsəri isə İstanbul həyatını təsvir etməklə yanaşı, ölkənin ictimai durumunu tənqid edir.