“VİA Qra” qrupunun keçmiş solisti Anna Sedokova Hollivud həmkarlarından nümunə götürərək öz bədənini sığortalayıb.
Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, Sedokova bədənini sığorta adı ilə 500 min dollara dəyərləndirib.
Qlamur jurnallarının üz qabığında yer alan, reklam çarxlarında çəkilən və teleşoularda iştirak edən gözəlçənin imzaladığı sığrorta müddəti ömürlük nəzərdə tutulub.