ATV telekanalında canlı yayımlanan “Möhtəşəm maşın” şousunda dünən də maraqlı bir gün yaşandı.
Oxu.Az xəbər verir ki, iştirakçılardan ikisi Aydanın, ikisi isə Vüqar Vüqarlının şəklini atsa da, oyunun şərtlərinə əsasən, gündəlik gələn səslərə görə, Aydan Axundova öndə olub. O, 100 faiz səs toplayaraq dueldən qalib çıxıb.
Daha sonra səsvermə nəticəsində, V.Vüqarlı 87,71 faiz səs toplayaraq oyunu davam etdirmək şansı qazanıb. O, müğənni Samir Piriyevi oyundan uzaqlaşdırmaq istədiyini deyib:
“Samir verilişin əvvəlində söylədi ki, səsvermə bitəndən sonra sənin üçün səs istəyəcəm. İndi mən ona deyirəm:
“Gəl mənim üçün səs istə”.
Xatırladaq ki, dekabr ayının 26-da o, səs toplayaraq stilist Anar Ağakişiyevi oyundan uzaqlaşdırmışdı.
Hazırda jurnalist Vüqar Vüqarlı, aparıcı Aydan Axundova, dicey Çina və klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu maşın uğrunda mübarizəni davam etdirir.
Aytən Sadıqzadə
www.oxu.az