Vyanada “Eurovision-2015” mahnı müsabiqəsində təmsil olunacaq ölkələrin nümayəndə heyətlərinin rəhbərlərinin görüşü keçirilib.
Oxu.Az Ermənistan KİV-nə istinadən xəbər verir ki, müsabiqə təşkilatçıları Ermənistanın iştirakını təsdiqləyib. Ermənistan isə öz növbəsində müsabiqə üçün hazırlanmış “Don’t deny” mahnısının adını “Face The Shadow” adına dəyişib.
Qeyd edək ki, “Eurovision” mahnı müsabiqəsinin təşkilat komitəsi “Don’t deny” (“İnkar etmə”) mahnısında qondarma “erməni soyqırımı”nın tanınmasına çağırışların olub-olmamasını müəyyən edəcəyini bildirmişdi.