Rusiya, Belarus və Qazaxıstanın liderləri Minskdə Ali Avrasiya İqtisadi Şurasının iclasının yekunları üzrə Ermənistanın Avrasiya inteqrasiya prosesində iştirakı haqqında ərizəsi də daxil olmaqla bir neçə sənəd imzalayıblar.
Oxu.Az haqqin.az-a istinadən xəbər verir ki, üç ölkənin prezizdentləri Ermənistanın Gömrük İttifaqı və Vahid İqtisadi Məkana qoşulması haqqında qərar qəbul ediblər.
Ali Avrasiya İqtisadi Şurasının iştirakçıları 2015-ci il yanvarın 1-dən işə başlamalı olan Avrasiya İqtisadi İttifaqının yaradılması haqqında sazişin imzalanacağı barədə niyyətlərini təsdiqləyiblər, Qazaxıstan prezidenti Nursultan Nazarbayev Minskdə mətbuat konfransında bildirib.