Havaların soyuması ilə əlaqədar olaraq evlərin qızdırılması problemi gündəmə gəlir. Sakinləri düşündürən əsas məsələlərdən biri evlərinin nə vaxt və necə qızmasıdır.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, “Azəristiliktəchizat” ASC-dən bildirildi ki, noyabr ayının 15-dən etibarən mənzillərin istilik enerjisi ilə təminatına başlanacaq.
Qurumun Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev bildirdi ki, “Azəristiliktəchizat” 3 120 yaşayış binasının istiliklə təchiz edilməsini qarşısına məqsəd qoyub. Onlardan 2 780-i Bakı şəhərinin payına düşür.
Xidmət rəisinin sözlərinə görə, “Azəristilik”-in mənbələrinə qoşulmuş bütün məktəb, uşaq bağçası, səhiyyə ocaqları istilik alacaqlar.
Layihə üzrə “Azəristilik”-ə qoşulub istilik almayan binalar olacaq və gələcəkdə mərhələli şəkildə problemləri həll ediləcək.