Bakının Nəsimi rayonunda qadına qarşı amansız cinayət törədilib.
Dünən saat 19 radələrində naməlum şəxslər 48 yaşlı Nigar Sadıqovanı küt alətlə öldürüblər. Onun üzərində olan 26 000 manat və 5 100 dollar pulunu götürüb hadisə yerindən qaçıblar.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, Nəsimi Rayon Prokurorluğundan bildirildi ki, amansız cinayət Nigar Sadıqovanın mənzilində baş verib.
O, evdə tək olan zaman evə girən şəxslər ağır cinayəti törədiblər. Mərhumun həyat yoldaşının dediyinə görə, evdən külli miqdarda pul aparılıb. Bizneslə məşğul olan qadının kim tərəfindən öldürülməsi də hələlik məlum deyil.
Milli.Az belə bir məlumat əldə edib ki, istintaq qətlin N.Sadıqovanı tanıyan şəxs tərəfindən törədildiyini ehtimal edir.
Çünki cinayətkarlar mənzilə pəncərədən və ya qapını sındırmaqla daxil olmayıblar. Qapını N.Sadıqovanın özü açdığından istintaq da məhz cinayətkarı mərhum xanımın əlaqəli olduğu şəxslər arasında axtarır.