Ermənistan Müdafiə Nazirliyi və Baş Qərargahının birgə işçi qrupu aprelin 25-dən 27-ə qədər Moskvada hərbi tədbirlərdə iştirak edəcəklər.
Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Məlumata əsasən, erməni hərbçiləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) idarəetmə orqanlarının əməliyyat və döyüş hazırlığı və kollektiv təhlükəsizlik sisteminin güc və vasitələrinin formalaşması üzrə tədbirlərində iştirak edəcəklər.