Ermənistan ölkənin Kiprdəki səfirliyində hərbi attaşe vəzifəsini yaradır. Qərar oktyabrın 30-da Ermənistan hökumətinin iclasında təsdiqlənib.
Bu barədə Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Kiprdə hərbi attaşe vəzifəsi Ermənistan Respublikasının Yunanıstan Respublikasındakı hərbi attaşesi vəzifəsi ilə birləşdiriləcək və bu vəzifəni Yunanıstandakı hərbi attaşe, podpolkovnik Armen Mirzabekyan yerinə yetirəcək.