Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktorunun işdən çıxarılmasının səbəbi məlum olub
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanın Nikol Paşinyan tərəfindən istefaya göndərilməsinin səbəbi məlum olub.
Oxu.Az xəbər verir ki, bu barədə "Qraparak" nəşri məlumat yayıb.
Belə ki, Abazyan rusiyalı biznesmen Samvel Karapetyanı onun tərəfdarları və jurnalistlərin gözü qarşısında saxlanılmasından imtina edib.
Xatırladaq ki, bundan əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları S.Karapetyanın evində axtarış aparılıb. Axtarışlar başlamazdan bir neçə saat əvvəl S.Karapetyan Erməni Apostol Kilsəsinin müdafiəsi üçün çıxış edib.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan vəzifəsindən azad edilib.
Oxu.Az bu barədə "Sputnik Ermənistan"a istinadən məlumat yayıb.
Qeyd olunur ki, müvafiq sərəncamı Ermənistanın baş naziri Nikol Paşinyan imzalayıb.
Məlumatda həmçinin bildirilir ki, Armen Abazyanın səlahiyyətlərini müvəqqəti olaraq onun müavini Andranik Simonyan icra edəcək.