Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

KİV: "İsrail-İran münaqişəsinin intensivliyi yaxın günlərdə zəifləyə bilər"
İsrail-İran münaqişəsinin intensivliyi yalnız hər iki tərəfin raket arsenalının dolu olduğu müddətcə davam edə, əks təqdirdə hazırda davam edən intensivlik yaxın günlərdə zəifləyə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə "Washington Post" nəşrində dərc edilən məqalədə qeyd olunur.
Nəşr yazır ki, zaman keçdikcə İranın raket atəşi intensivliyi azalır, eyni zamanda İsrailin raketləri ələ keçirən bahalı antiballistik raket qurğuları tükənmək üzrədir.
Məqalədə vurğulanır ki, artan döyüş xərcləri və müdafiə vasitələrinin tədarükünün azalması İsrailin hava hücumundan müdafiə sistemində kritik zəifliklərdir.
Müəllif qeyd edir ki, ABŞ və İsrail kəşfiyyat rəsmilərinin təxminləri ona deməyə əsas verir ki, müdafiə ehtiyatları bərpa edilməsə və ya ABŞ-nin birbaşa hərbi müdaxiləsi olmasa, İsrailin indiki raketdən müdafiə səviyyəsi 10-12 günə qədər davam gətirə bilər.
Məqalədə həmçinin vurğulanır ki, İranın kütləvi ballistik raket zərbələri müharibənin 18-ci günündə İsrailin çoxqatlı raketdən müdafiə qalxanına ciddi ziyan vura bilər.
"İsrail-İran gərginliyi" teqi üzrə xəbərlər
- İranın ali rəhbəri düşmənlərini daha güclü zərbə ilə hədələdi
- İsrail İrana ikinci hücuma hazırlaşır
- İsrailin İrana zərbələri zamanı Pezeşkianın yaralandığı məlum olub
- Netanyahu Trampa xəbərdarlıq edib: İsrail İrana qarşı yeni zərbələr endirməyə hazırdır
- İsrailli məmur: "Hücumlardan sonra İranda zənginləşdirilmiş uranın bir qismi qalıb"