Ermənistan prezidenti cavanlaşmaq üçün 185 min dollar xərcləyib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Ermənistan KİV-in verdiyi məlumata görə, Cənubi Koreya saytlarından birində gedən xəbərə görə, Sarkisyan bu yaxınlarda ölkənin tanınmış klinikalarından birində cavanlaşma kursu keçib.
Prezident yanvarın 9-da polis maşınlarının müşayiəti ilə “Çaum” klinikasına gəlib. Onu burada qondarma respublikanın eks-prezidentlərindən biri və Rusiyada yaşayan erməni milyoner müşayiət edib.
Klinikanın əməkdaşlarının sözlərinə görə, Sarkisyanın ümumi xərci 200 milyon Koreya vonu (1 dollar=1,076 v., 185 min dollar) təşkil edib və prezident yanvarın 17-də klinikanı tərk edib. Sayt həmçinin bildirir ki, “Çaum” dünyada kifayət qədər tanınmış xəstəxanadır. Belə ki, hollandiyalı məşqçi, Cənubi Koreya yığmasının keçmiş baş məşqçisi olmuş Qus Hiddinq də burada əməliyyat keçirib.