Ermənistan polis qoşunlarının komandanı Ayk Babayan vəzifəsindən azad edilib. Müvafiq fərman ölkə prezidenti Vaaqn Xaçaturyan tərəfindən imzalanıb.
Bu barədə Oxu.Az "Sputnik Ermənistan"a istinadən xəbər verir.
"Prezidentin fərmanı ilə general-mayor Ayk Babayan polis qoşunlarının komandanı və polis rəisinin müavini vəzifəsindən azad edilib", - deyə fərmanda bildirilib.
Məlumata görə, o, sabah polis qvardiyasının rəhbəri təyin olunacaq.
Babayan əvvəlki vəzifəsində 2020-ci ilin noyabr ayından bəri beş il çalışıb.