Ermənistanın qazla təminatı bu gün saat 13:30-dan etibarən dayandırılıb. Buna səbəb magistral Şimali-Qafqaz - Zaqafqaziya qaz kəmərinin Kazbek rayonunda daş uçqunu nəticəsində zədələnməsidir.
Oxu.Az Ermənistan KİV-nə istinadən xəbər verir ki, “Qazprom Ermənistan” şirkətindən bildiriblər ki, bərpa işləri aparılır. İşlərin yekunlaşması və qaz verilişinin bərpa olunması barədə əlavə məlumat veriləcək. Ermənistanda istehlakçılar qazla məhdudiyyətsiz təmin olunacaq.