Ermənistanın Baş naziri Ovik Abraamyan rusiyalı həmkarı Dmitri Medvedevlə görüşdə İrəvana müqavilələr əsasında satılan silahların tez çatdırılmasını xahiş edib.
Oxu.Az News.am-a istinadən xəbər verir ki, Abraamyan dövlət xətti ilə Ermənistana ayrılan kreditə görə Rusiyaya təşəkkürünü bildirib.
“Lakin silahların çatdırılmasında bəzi ləngimələr var. Sizdən xahiş edirik ki, silahların tez çatdırılması ilə bağlı müvafiq qurumlara təlimat verəsiniz”, - o, qeyd edib.