Gürcüstan höküməti və Rusiyanın “Qazprom” şirkəti Ermənistana nəql edilən qazın tranziti ilə bağlı razılığa gələ bilməyiblər.
Oxu.Az “Qruziya online” nəşrinə istinadən xəbər verir ki, hazırki müqavilənin müddəti dekabrın 31-də bitir.
Gürcüstanın energetika naziri Kaxa Kaladze bəyan edib ki, danışıqlar davam etdiriləcək və rəsmi Tbilisinin mövqeyi dəyişməzdir: Rusiya ödənişi pulla etmək istəyir, Gürcüstan isə isə nəql edilən qazın 10%-ni əldə etmək niyyətindədir.
Vyanada aparılan danışıqların növbəti raundunun vaxtı hələlik məlum deyil.
S.B.
www.oxu.az