Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Ermənistan Təhlükəsizlik Şurasının katibi İranın beyin mərkəzlərinin ekspertlərini qəbul edib
Ermənistan baş nazirinin Aparatının İctimai Əlaqələr və İnformasiya Mərkəzinin təşkilatçılığı ilə "Ermənistan-İran: əməkdaşlıq prosesi və yeni perspektivlər" adlı seminar çərçivəsində Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İranın beyin mərkəzlərinin ekspertləri ilə görüşüb.
"Azad İran" "Telegram" kanalı xəbər verir ki, bu barədə İranın ermənipərəst "Miran Press" kanalı məlumat yayıb.
Qeyd olunur ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi ekspertlərin İrəvana səfərini alqışlayıb və siyasi dairələrlə ekspert icmasının nümayəndələri arasında etimadın və şəffaflığın möhkəmləndirilməsinə yönəlmiş belə seminarların keçirilməsinin vacibliyini vurğulayıb.
Həmçinin A.Qriqoryan Ermənistan-İran əlaqələrinin inkişaf kursunu təqdim edib və iqtisadi əlaqələrin inkişafının əhəmiyyətini vurğulayıb, Ermənistanın regionallaşdırma siyasətini, hökumətin "Sülh kəsişməsi" layihəsini, Ermənistan-Qərb münasibətlərini şərh edib, habelə Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması üzrə danışıqlar prosesinə və son hadisələrə toxunub.
Görüşün ikinci hissəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi ekspertlərin suallarını cavablandırıb.
"İran" teqi üzrə xəbərlər
- İran prezidenti insanların ölkədən qaçmasına etiraz etdi: "Qalmalı və çətinliklərə dözməlisiniz"
- ABŞ İranla əlaqəli şəxslərə və şirkətlərə sanksiyalar tətbiq etdi
- Ukrayna tərəfindən zərərsizləşdirilən İran dronu ABŞ-də nümayiş etdiriləcək
- İranın parlament sədri: "Azərbaycanla ticarət dövriyyəsinin həcmini 5 milyard dollara çatdırmalıyıq"
- Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası başa çatıb