Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Ermənistan yük maşınları Rusiyaya buraxılmır
Ermənistandan Rusiyaya aparılan 65 min ədəd istixana qızılgülü Lars keçid məntəqəsindən geri göndərilib.
Rusiya Federasiyasına daxil olarkən, gömrük postunda bitkilərin sanitariya normalarına uyğun olmadığı bildirilib.
Ermənistan mediasının məlumatına görə, “Rose Field” şirkəti üç ildir ki, Rusiya bazarı ilə işləyir. Lakin ilk dəfədir ki, belə pozuntular qeydə alınır.
Ümumiyyətlə, yayılan xəbərlərə əsasən, hazırda Yuxarı Lars keçid məntəqəsində problem yaranıb. Erməni yük maşınlarının bir qismi geri göndərilib, bəziləri isə ekspertizanın nəticəsini gözləyir.
Sürücülər bildiriblər ki, gömrükçülər onlara müxtəlif səbəblər göstərirlər: Hava şəraitindən tutmuş sənədlərlə bağlı problemlərə qədər. Sürücülər hesab edirlər ki, səbəb Ermənistan-Rusiya münasibətlərində yaranan gərginlikdir.
"Rusiya Federasiyası" teqi üzrə xəbərlər
- Özbəkistandan Rusiyaya uçan sərnişin təyyarəsi PUA hücumu ilə əlaqədar istiqamətini dəyişib
- KTMT-dən çıxdığı halda Ermənistanı hansı aqibət gözləyir?
- Rusiya və İran strateji tərəfdaşlıq sazişi imzalayıblar
- Pezeşkianın Tacikistan və Rusiya səfərləri: İranın siyasi aktivliyinin nümayişi
- Rusiya Ermənistanın Zəngəzur dəhlizinə reaksiyasını anlaşılmaz sayır
Rəylər