Avrasiya İqtisadi Birliyinin xüsusi anti-böhran fondu Ermənistana 150 milyon dollarlıq investisiya krediti ayırıb.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, bu məbləğ tikintisi davam edən “Şimal-Cənub avtomobil yolu” layihəsinin maliyyələşdirilməsinə yönəldiləcək.
“Avrasiya İnkişaf Bankı maliyyə vəsaitini idarə edən bir orqan kimi Ermənistanın müraciətini müsbət dəyərləndirib”, - deyə fondun açıqlamasında deyilir.
Xatırladaq ki, 2010-cu ildə Ermənistan hökuməti tərəfindən təsdiqlənən “Şimal-Cənub” avtomobil yolu layihəsi 1,5 milyard dollar məbləğindədir. Bu yol Ermənistanın cənubundakı Aştarak şəhəri ilə Gürcüstan sərhədindəki Bavra kəndini birləşdirəcək. Tikinti işləri üçün Avrasiya İttifaqının anti-böhran fonundan əlavə, Asiya İnkişaf Bankı 500 milyon, Avropa İnvestisiya Bankı isə 60 milyon avro vəsaiti cəlb edilib. “Şimal-Cənub” yolu 2017-ci ildə istifadəyə veriləcək.