Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi Aparan şəhər meriyasında istintaq hərəkətləri aparır.
Oxu.Az-ın "Sputnik Ermənistan"a istinadən xəbərinə görə, bu barədə komitədən məlumat verilib.
Məlumata görə, rüşvətvermə və rüşvətalma faktı üzrə cinayət işi açılıb. İstintaq çərçivəsində doqquz nəfər saxlanılıb, onlardan üçü şəhər meriyasının əməkdaşıdır.
Qeyd edək ki, Aparan meri Karen Yeqiazaryan müxalifət nümayəndəsidir. 2021-ci il bələdiyyə seçkisində onun rəhbərlik etdiyi blok hakim Vətəndaş Sazişi Partiyası üzərində qələbə qazanıb.
Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları Aparan bələdiyyəsi də daxil olmaqla, bir sıra ünvanlarda axtarışlar aparıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "FactorTV" agentliyi məlumat verib.
Məlumata görə, axtarışlar zamanı təxminən 10 nəfər həbs edilib.
Korrupsiyaya Qarşı Mübarizə Komitəsi bələdiyyə binasında istintaq hərəkətləri aparır.
Hələlik bu məlumatla bağlı rəsmi şərh verilməyib.